15 İyun 2020 18:04
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Şəhər Məhkəməsi bazar ertəsi casusluqda ittiham olunan amerikalı Pol Uilanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”nin müxbiri məhkəmə zalından xəbər verib.

Prokurorluq onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Son sözlə çıxış edən Pol Uilan casusluqla məşğul olmadığını açıqlayıb. O, hökmdən şikayət etmək niyyətindədir.

Qeyd edək ki, proses ABŞ-da yaxından izlənilib. Amerika səfiri bir neçə dəfə məhkəmə iclaslarına gəlib, ancaq onun birbaşa məhkəmə salonuna girməsinə icazə verilməyib. Bu qadağa cinayət işi qovluğu üzərindəki “tam məxfi” qrifi ilə əsaslandırılıb. Məhkəmə baxışı qapalı rejimdə keçirilib.

Pol Uilan istintaq təcridxanasında olduğu dövrdə mütəmadi olaraq sağlıq durumu, tibbi xidmətin keyfiyyəti, valideynlərinə zəng qadağası, istintaq təcridxanası əməkdaşlarının təhdidi və digər məsələlərdən şikayət edib.

Nəticədə həbs olunmasından 16 ay sonra ona evə zəng etməyə icazə verilib. Bu yaxınlarda isə yırtıq əməliyyatı edilib, lakin əməliyyatı ABŞ səfirliyinin tövsiyə etdiyi həkimlərin aparmasına icazə verilməyib. Bildirilib ki, buna ehtiyac yoxdur. ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Pol Uilan üzərindəki məhkəmə prosesini “qeyri-şəffaf” adlandırıb.

İstintaqın işinin fabulası rəsmən açıqlamır: Federal Təhlükəsizlik Xidmətinin yaydığı press-relizdə yalnız Pol Uilanın 2018-ci ilin sonunda Moskvada casusluq aksiyası zamanı tutulduğu bildirilir. Müdafiə tərəfi isə amerikalının təxribatın qurbanı olduğunu iddia edir. Belə ki, ona yaddaş kartı verilib. Pol Uilan bu yaddaş kartında Sergiyev Posada turist səfərindən fotoşəkillər görəcəyini ümid edirmiş.


Müəllif: Səxavət

Oxşar xəbərlər