Rusiyanın ilk səhiyyə naziri Andrey Vorobyov 91 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat yayıb.
Kuznetsov Səhiyyə naziri Mixail Muraşkonun mərhumun yaxınlarına başsağlığı teleqramı göndərdiyini bildirib.
Qeyd edək ki, Andrey Vorobyov 1991-1992-ci illərdə Rusiyanın səhiyyə naziri olub.