Liviya Silahlı Qüvvələrinin hücumları qarşısında geri çəkilməyə başlayan qiyamçı general Xəlifə Haftar Beynəlxalq Cinayətlər Mərhkəməsi tərəfindən axtarılan Mahmud əl-Varfalldan kömək istəyib.
Teleqraf.com xəbər verir ki, Sirtə şəhərində köşəyə sıxılan qiyamçı general Varfalla Türkiyə və Liviya hökumətinə qarşı işbirliyi təklif edib.
Yerli media Haftarın təklifini “General cinayətkardan kömək istədi” başlığı ilə gündəmə daşıyıb. Mənbələr Haftar və Varfallın Sirtədə bir araya gəldiyini iddia edib.
Beynəlxalq axtarışda olan cinayətkarın Sirtəyə öz qüvvələri və başçılıq etdiyi tayfanın üzüvləri ilə gəldiyi qeyd olunub.