Türkiyə və Liviya Tripolidəki iki hərbi bazanın türk ordusunun sərəncamına verilməsi üçün müzakirələrə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Agentliyə açıqlama verən bir türk rəsmisi Vətiyyə hərbi hava bazası və Misratadakı hərbi dəniz basasının taleyinin dialoq masasına yatırıldığını bildirib.
Məlumatda tərəflərin anlaşmaya yaxın olduğu iddia edilib: “Türkiyə Vətiyyə hərbi hava bazası üçün müzakirələrə başlayıb. Lakin Misratadakı hərbi dəniz bazasının da, türk ordusunun istifadəsinə verilməsi ehtimallar daxilindədir”.
Agentlik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviyada qələbəyə çox yaxın olduğunu yazıb.