16 İyun 2020 11:13
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çin Inın bacısı Kim Yo Çonun “ordunu sərhədə göndəririk” təhdidindən sonra Pxenyan ordusu bəyan edib ki, əsgərlərimizi silahsız tampon bölgələrə göndərmək üçün hərakat planı üzərində işləyirik. Bu, faktiki Koreya yarımadasında onsuz da həssas olan sabitliyi yenidən kəskinləşdirib.

Teleqraf.com xatırladır ki, ötən həftənin sonunda Cənubi Koreyanın Şimali Koreya ilə sərhəd bölgəsində Pxenyana qarşı etiraz şüarlarını hava şarları vasitəsilə göndərilməsi gərginliyin üzərinə od səpib.

Buna cavab olaraq Kim Yo Çon elan etmişdi ki, ordu hər hansı bir əməliyyata hazırdır.

Daha bir açıqlama isə Şimali Koreya ordusundan gəlib. Şimali Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı elan edib ki, ordunu tampon bölgələrə göndərmək üün hərəkət planı üzərində işləyir: “Hökumətin qəbul edəcəyi qərarlara uyğun olaraq sürətli addımlar atmağa hazırıq və hazır vəziyyətdəyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər