Böyük Britaniya dünən İranın 1 vətəndaşı və 5 şirkətinə qarşı sanksiyaları aradan qaldırıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə İRNA agentliyi xəbər yayıb.
Beləliklə, İran milli tanker şirkəti, "Moellim" sığorta şirkəti, "Sina" və "Sorinet" banklarına qarşı sanksiyalar aradan qaldırılıb. Həmçinin Tehranda yerləşən məşhur elmi mərkəz - "Şərif" texnoloji universitetinə qarşı sanksiya da aradan qaldırılıb. Sanksiyalardan canını qurtaran İran vətəndaşının adı isə açıqlanmır.
İRNA-nın xəbərinə görə, hələ iyulun 3-də Avropa Məhkəməsi adı çəkilən şirkətlərin və İran vətəndaşının sanksiyalardan azad edilməsi barədə qərar verib. Lakin müvafiq prosedur bir neçə ay uzanıb və yalnız dünən sanksiyalar aradan qaldırılıb.
Nihad