16 İyun 2020 11:59
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın birinci xanımı Yelena Zelenskayanın COVID-19-a yoluxduğu ötən həftənin cümə günü rəsmən elan olunmuşdu.

Teleqraf.com xəbər verir ki, birinci xanımın durumu ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Ukrayna Prezident Sarayının yaydığı açıqlamada bildirilib ki, birinci xanım ikitərəfli poliseqmentar pnevmoniya diaqnozu ilə təcili xəstəxanaya çatdırılıb.

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, xanımının virusa yoluxması onun üçün gözlənilməz olub.


Müəllif: Cavad

Oxşar xəbərlər