17 İyun 2020 13:20
2 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin ərazilərinin zorla ilhaqı planını təxirə salmaq məcburiyyətində qalıb. Bildirək ki, ABŞ tərəfindən “Yaxın Şərq Sülh Planı” kimi təqdim edilən bu plan İsrail dövlətinin Fələstinin bir sıra ərazilərinin ilhaqını nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, minlərlə israilli işğal altında saxlanılan Şərqi Şəriyanın İordaniya sərhədləri yaxınlığındakı İordaniya vadisi, Ölü dənizin yaxınlığı və yəhudilərin yerləşdirildiyi yerlərin ilhaq edilməsinə qarşı etiraz edir.

İsrail əhalisinin bir hissəsi, 400 yəhudi alim, BMT mütəxəssisləri və ərəb ölkələri bu plana qarşı çıxırlar. Artıq yəhudi siyasətçiləri arasında da fikir ayrılıqları yaranıb.

Baş nazir Netanyahu koalisiya tərəfdaşı olan “Mavi və Ağ İttifaqın” plana qarşı olması səbəbindən bunun təxirə salınacağının mümkünlüyünü ifadə edib.

Qeyd edək ki, Netanyahu bundan əvvəl planın avqustun 1-də İsrail parlamentində səsverməyə çıxarılacağını elan etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər