6 Oktyabr 2014 13:57
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanda keçirilən parlament seçkilərində müxalif QERB (Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar) partiyası qalib gəlib.


APA-nın Bolqarıstan mətbuatına istinadən xəbərinə görə, Bolqarıstan Mərkəzi Seçki Komissiyası yeni parlamentdə 8 partiyanın təmsil olunmaq hüququ əldə etdiyini açıqlayıb.

Keçmiş baş nazir Boyko Borisovun başçılıq etdiyi QERB partiyası seçicilərin 33,6% səsini toplayıb. İkinci yerdə 16,1%-lə Bolqarıstan Sosialist Partiyası gəlir. Bundan başqa, parlamentdə türk və müsəlman azlığının maraqlarını təmsil edən Hüquq və Azadlıqlar Uğrunda Hərəkat (11,8%), İslahat Bloku (8,5%), Vətənpərvər Cəbhə (7,5%), Senzurasız Bolqarıstan (6%), Hücum (5%) və Bolqar Dirçəlişi Koalisiyası (4,6%) da təmsil olunacaq.

Bolqarıstan Sosialist Partiyasının sədri Mixail Mikov seçkilərin nəticələrini tanıdığını bəyan edib və QERB-i seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Qeyd edək ki, Bolqarıstan parlamenti 240 yerdən ibarətdir.


Müəllif:

Oxşar xəbərlər