İraq parlamentinin iki üzvündə koronavirus təsbit edilib.
Teleqraf.com xəbər verir ki, virusa yoluxan iki deputatdan biri Məhasin əl-Sədunun karantindən qaçmasından sonra Səhiyyə Nazirliyi hərəkətə keçib.
Ölkənin Səhiyyə naziri Həsən əl-Təmimi karantindən qaçan deputatı məhkəməyə verdiklərini bildirib.
Nazir deputatı başqalarını virusa yoluxdurmaqda ittiham edib. İttihama cavab verən qarşı tərəf isə onda virusun olmadığını deyib.