Xəbər verdiyimiz kimi, ötən gün Şimali Koreya ordusunun Kaesonq yaşayış məntəqəsində simvolik olaraq Cənubi Koreya ilə Şimali Koreyanın əlaqələndirmə mərkəzi hesab olunan ofisi dağıtdığını elan edib.
Teleqraf.com xəbər verir ki, bu gün Şimali Koreya dövlət televiziyası rəmzi olaraq “səfirlik” adlandırılan binanın atəşlə məhv edilməsinin görüntülərini yayıb.
Görüntülərdə binada iki güclü partlayışın eşidildiyi, toz-duman qalxdığı və iki ölkənin əlaqələndirmə mərkəzi sayılan ofisin dağıdıldığı məlum olur.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çin İnın bacısı və dövlətdə yüksək vəzifə tutan Kim Yo Çon Cənubi Koreyanı düşmən kimi qiymətləndirmiş və əlaqələndirmə ofisinin işə yaramadığını deyərək “yaxın günlərdə onun çöküşünə şahid olacaqsınız” anonsunu etmişdi.