17 İyun 2020 21:53
2 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo Suriya Prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd də daxil olmaqla, ölkənin 39 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq olunacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Pompeo adı çəkilən şəxslərin ölkədə vətəndaş savaşına yol açmaqda ittiham edib.

“Bu gün “Sez qanunu” çərçivəsində Əsəd rejimi və xarici müttəfiqlərinə qarşı Suriya xalqına atılan qəddar addımlara görə embarqo kampaniyasına başladıq. Əsəd və rejimi BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarını yerinə yetirənədək, sanksiyalar davam edəcək”, - dövlət katibi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər