18 İyun 2020 00:42
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədin əmisi Rüfət Əsəd Parisdə mühakimə olunduğu məhkəmədə həbs edilib.

Teleqraf.com xəbər verir ki, Rüfət Əsəd Fransa məhkəməsinin qərarı ilə 4 il azadlıqdan məhrum olunub.

Məhkəmə, eyni zamanda, Əsədin bütün əmlakının müsadirə edilməsi barədə qərar verib.

2014-cü ildə sahibi olduğu daşınmaz əmlak şirkəti ilə əlaqədar Fransanın rəsmi dairələri tərəfindən 82 yaşlı Əsəd barəsində istintaq başlamış, daha sonra iş məhkəməyə göndərilmişdi. Əmi Əsəd ittihamları rədd edərək, səhhətindəki problemlərlə əlaqədar məhkəməyə qatıla bilməyəcəyini açıqlamışdı.

1980-ci ildə Suriyada dövlət çevrilişinə cəhddən sonra ölkədən qaçan Rüfət Əsəd uzun müddətdir Avropada yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər