“İran Yaxın Şərq bölgəsi və qonşuları üçün böyük təhdiddir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının – CENTCOM-un komandanı general Kennet Makkenzi deyib.
CENTCOM rəhbəri İranı bölgədə təhlükəsizliyi pozmaqda və təhdid etməkdə ittiham edib.
Amerikalı general, eyni zamanda, İranın bölgədə fəaliyyət göstərən terror təşkilatlarına dəstək verdiyini bildirib: “Yəməndən Səudiyyə Ərəbistanının neft müəssisələrinə təşkil edilən hücumun təşkilatçısı İrandır. Bu ölkə, eləcə də ABŞ-ın İraqdakı qüvvələrini hədəf alıb, Yəməndəki “Ənsərullah” hərəkatına və Suriya rejiminə maliyyə dəstəyi verir”.