17 İyun 2020 21:31
2 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında ət kombinatının azı 400 işçisi koronavirusa yoluxub.

Teleqraf.com-un məlumatına görə, bu barədə bölgənin rəhbərliyi bildirib.

Qeyd olunub ki, “Tönnies” ət emalı şirkətinin əməkdaşları arasında keçirilmiş 500 testdən 400-ü pozitivlə nəticələnib. Daha 500 testin nəticələri gözlənilir.

Almaniyada karantin rejiminin yumşaldılmasından sonra bir sıra ət emalı müəssisələrində yoluxma halları çoxalıb. Bununla əlaqədar həmin müəssisələrdə nəzarət tədbirlərinin gücləndirilməsi qərara alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər