Ukraynanın ABŞ-dan aldığı tank əleyhinə “Javelin” raketləri artıq ölkəyə çatdırılıb.
Teleqraf.com-un məlumatına görə, ABŞ-ın Ukraynadakı səfirliyi bildirib ki, tank əleyhinə müasir “Javelin” raketləri, hərbi ləvazimat daxil olmaqla, 60 milyon dollarlıq yük Kiyevə gətirilib.
“ABŞ Rusiyanın hücumu qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü israrla dəstəkləyir” - ABŞ səfirliyi bəyan edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, ABŞ-ın yardımı Ukraynanın xarici hücumlardan qorunmasında kritik əhəmiyyətə malikdir.
Qeyd edək ki, bundan əvvəl də ABŞ Ukraynaya 210 ədəd “Javelin” raketləri göndərmişdi.