Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Avropa Xalq Partiyası (AXP) Şərq Tərəfdaşlığı liderlərinin Brüsseldə keçirilən videokonfransında iştirak edib.
Teleqraf.com xəbər verir ki, konfrans AXP-nin Donald Tuskun başçılığı ilə keçirilib.
Sərkisyan iclasda çıxış edərək, Ermənistanın daxili və xarici siyasəti haqda danışıb.
Sabiq prezident Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti Ermənistan üçün “təhlükəli” adlandırıb.
Koronavirusun ölkə daxilində gərginlik yaratdığını deyən Sərkisyan, Paşinyan və komandasının Ermənistan üçün pandemiyadan da təhlükəli olduğunu bildirib:
“Ermənistan hakimiyyəti siyasi virusa yoluxub, səriştəsiz idarəetmə nəticəsində ölkədə son dərəcə təhlükəli vəziyyət yaranıb”.
Donald Tusk iclasdan sonra Tvitterdəki mikrobloqunda Ermənistanda demokratiyanın dağılması ilə bağlı çoxsaylı hallarla bağlı narahatlığını ifadə edib: “Biz, Ermənistan hakimiyyətini müxalifətə təzyiqlərdən çəkinməyə çağırırıq”.