18 İyun 2020 11:15
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Respublikasının birinci prezidenti, Elbası Nursultan Nazarbayev koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Elbası saytı məlumat yayıb.

Keçmiş dövlət başçısının hazırda özünü təcrid şəraitində olduğu deyilir: "Narahatlığa əsas yoxdur, Nursultan Nazarbayev məsafədən işini davam etdirir".

Bununla belə, Nursultan Nazarbayevdə COVİD-19 infeksiyasının hansı simptomlarının aşkarlandığı bildirilmir.

Qeyd edək ki, Qazaxıstanda bir neçə yüksək ranqlı dövlət məmuru virusa yoluxub. İyunun 17-də parlamentin spikeri Nurlan Niqmatulində koronavirus testi pozitiv çıxıb. Prezident Qasım-Jomart Tokayevin mətbuat xidmətinin rəhbəri Berika Ualidə də koronavirus aşkarlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər