Avropa Xalq Partiyasının rəhbəri Donald Tuskun Ermənistan hakimiyyəti ilə bağlı açıqlaması İrəvanda etirazla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Donald Tuskun ittihamlarına cavab verən Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan onu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
“Məncə, Serj Sərkisyanı qorumaq üçün daha bacarıqlı insanlar var. Donald Tusk Ermənistanı Serj Sərkisyanın gözü ilə görür”, - Simonyan bildirib.
Əlavə edək ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan iyunun 17-si Donald Tuskun sədrliyi ilə Avropa Xalq Partiyası Şərq Tərəfdaşlığı liderlərinin videokonfransında iştirak edib. Bu görüşdən sonra Donald Tusk Tvitterdəki mikrobloqunda Ermənistanda demokratiyanın süqutu ilə bağlı bir çox hadisədən narahatlığını ifadə edib: “Biz Ermənistan hakimiyyətini müxalifətə təzyiqlərdən çəkinməyə çağırırıq”.