18 İyun 2020 17:08
4 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan baş nazirinin köməkçisi Aleksandros Diakopoulos İsrailin “İ24NEWS” telekanalına rezonans doğuran açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi Yunanıstan və Türkiyə arasında mümkün müharibədən danışıb.

“Ehtimal olunan savaşda Yunanıstan Türkiyəyə təslim olsa, Türkiyə İrandan daha təhlükəli ölkəyə çevriləcək. Bu isə İsrailə problem yaradacaq”, - Diakopoulos deyib.

Diakopoulos hesab edir ki, Türkiyə Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizinin şərq bölgəsinə nəzarəti təmin edəcək və İsrailin təhlükəsizliyinə təhdid yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər