İraqın paytaxtı Bağdadda hökumət binalarının yerləşdiyi “Yaşıl Bölgə”yə 4 “Katyuşa” raketi atılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada raket zərbələrinin gecə saatlarında endirildiyi, itkinin olmadığı bildirilib.
Hücumun Bağdadın cənubundakı Ər-Rəşid hərbi bazasına yaxın edildiyi, mərmilərin atıldığı sistemlərin hərbi qüvvələr tərəfindən ələ keçirildiyi vurğulanıb.
Məlumatda hücumun İran tərəfindən dəstəklənən radikal şiə qruplaşmaları tərəfindən edildiyi ehtimalı yer alıb.
ABŞ səfirliyi başda olmaqla, İraq parlamenti və bir çox xarici ölkələrin diplomatic nümayəndəliklərinin yerləşdiyi “Yaşıl Bölgə” son zamanlarda tez-tez raket hücumlarına məruz qalır.