6 Oktyabr 2014 19:39
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçuları Suriyanın Türkiyə ilə sərhəddindəki Kobani şəhərinə bayrağını sancıb.

Publika.az xəbər verir ki, bu barədəd Reuters agntliyi məlumat yayıb. Türkiyə mətbuatında dərc edilmiş məlumatlardakı fotoda isə Kobanidəki yüksək bir binanın üzərində qara bayraq dalğalandığı görünür.


Amma şəhərin tam olaraq terrorçuların əlinə keçmədiyi bildirilir. Hazırda Kobanidə terrorçularla YPG arasında küçə döyüşlərinin getdiyi qeyd edilir. Hər iki tərfdən 40-dan çox ölən olub. Bəzi cinahlarda İŞİD-in geri otuulduğu da söylənilir.

Bu arada isə Türkiyə tankları sərhədboyunca hazır vəziyyətdə gözləyirlər.


Müəllif: