Türkiyədə bu gün 1304 nəfər koronavirusa yoluxub, 21 nəfər isə dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 184 min 31-ə, ölənlərin sayı isə 4882-yə çatıb.
Ümumilikdə 48 min 421 test edilib. Bu gün 382 xəstə evə buraxılıb. Bununla da sağalanların sayı 156 min 22-yə yüksəlib. Bununla da 5 günlük fasilədən sonra sağalan xəstə sayı virusa yoluxanların sayını ötüb.