“Bu vəziyyət Nikol Paşinyanın buraxdığı ölümcül səhvlərin nəticəsidir. Ancaq on minlərlə insanın xəstələnməsinə, yüzlərlə insanın ölümünə və hələ də davam edən faciəyə səbəb olan bu səhvləri başa düşməyə və etiraf etməyə hazırdırlarmı?”
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi general Artur Vanetsyan “Hraparak” qəzetinə müsahibəsində deyib.
Hökumətin epidemiya ilə mübarizə strategiyasının olmadığını bildirən Vanetsyan qeyd edib ki, məsələ ilə əlaqədar bütün qərarlar baş nazir tərəfindən verilir:
“Aydın bir strategiya olmadan ölkənin maddi ehtiyatlarını bu işə xərcləyirlər, üstəgəl ardıcıl addımlar atmaq mümkün deyil. Bundan əlavə, əsas problem idarəetmə ilə bağlıdır. Bu hökumətin böhranı idarəetmə bacarığı yoxdur. 24 saatlıq boş söhbətlə heç bir pandemiya aradan qaldırıla bilməz”.
Bundan əlavə, onun sözlərinə görə, Ermənistanın beynəlxalq yardıma ehtiyacı var, amma Paşinyan siyasi maraqlarını vətəndaşların həyatı və sağlamlığından üstün tutur.