Suriyanın şimal-şərqindəki kürdlərin Xasek şəhərində iki partlayış baş verib.
Nəticədə 30 nəfər həlak olub, onlarla insan yaralanıb.
Teleqraf.com-un İTAR-TASS-a istinadən məlumatına görə, hücum minalanmış avtomobillərdə olan terrorçular tərəfindən həyata keçirilib. Həlak olanların əksəriyyəti kürd özünümüdafiə qüvvələrinin nümayəndələridir.
Döyüşlər Türkiyə ilə sərhəddə yerləşən Xasek şəhərinin 50 rayonunda gedir. Kürdlər şərqdən və cənubdan mühasirəni yarmağa çalışırlar.