19 İyun 2020 21:22
4 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerika hökuməti Rusiyanı Ərəb dünyasından sıxışdırıb çıxarmaq üçün daim Liviyaya hərbi qüvvə göndərmək barədə düşünür".

Teleqraf.com xəbər verir ki, bu barədə RİA "Novosti"nin yaydığı məlumatda bildirilib.

Məlumatda Liviyaya hərbi qüvvə göndərməyi planlaşdıran ABŞ-ın bu ölkədə daimi qalacağı iddia edilib. Xəbərə görə, ABŞ qüvvələri Liviyanın qərb bölgələrinə doğru hərəkət etməyə başlayıb.

Almaniyanın Ramşteyn bazasını tərk edən Amerika hərbi qüvvələrinin paytaxt Tripoli və Masratada yerləşəcəyi bildirilib. ABŞ qüvvələrinin hərəkətə keçməsindən sonra Rusiyanın Sirtə şəhəri yaxınlığındakı qırıcıları qiyamçı Haftar ordusunun Əl-Cəfrə bazası üzərində manevr etməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər