20 İyun 2020 08:05
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çinin dörd aviaşirkətinin iki ölkə arasında əlavə həftəlik aviareyslərin təşkili ilə bağlı müraciətini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Çin aviaşirkətlərinin müraciətinin rədd edilməsi ABŞ və Çin aviaşirkətləri arasında müntəzəm sərnişin daşımaları paritetini qorumaq məqsədini daşıyır.

Nazirlikdən vurğulayıblar ki, bu, yalnız prosedur xarakterli qərardır və ABŞ tərəfindən eskalasiya kimi qəbul edilə bilməz.

Qeyd edilr ki, Çinin aviasiya hakimiyyəti ABŞ şirkətləri üçün uçuşların sayını artıracağı halda Nazirlik qərarı yenidən nəzərdən keçirməyə hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər