Dünən Belarus müxalifətinin lideri və avqust ayında keçiriləcək prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Viktor Babariko həbs edilib.
Teleqraf.com xəbər verir ki, Babarikonun həbsindən sonra ölkədə gərginlik yaranıb.
Müxalifət nümayəndəsini dəstəkləyən qruplar Minsk və digər şəhərlərdə etiraz aksiyaları təşkil edib, onlarla şəxs həbs olunub. Almaniyanın AFR agentliyinin əməkdaşı daxil olmaqla bir neçə əcnəbi jurnalist də saxlanılıb.
Babarikonun həbsindən sonra Belarus Prezidenti Lukaşenko bəyan edib ki, ölkədə sabitliyi pozmaq üçün böyük bir planın qarşısı alınıb. Onun sözlərinə görə, plana ölkə xaricindən nəzarət edilib.
Qeyd dək ki, bu il avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək.