Çin “Huawei” şirkəti ilə əlaqəli həbs etdiyi 2 Kanada vətəndaşına casusluq ittihamı irəli sürüb.
Teleqraf.com xəbər verir ki, Kanada 2018-ci ilin dekabrında “Huawei” şirkətinin qurucusunun qızı və şirkətin baş maliyyəçisi olan Menqi həbs edib.
Bundan dərhal sonra Kanada vətəndaşı olan sabiq diplomat Mixail Kovriq və bizneslem Mixail Spavor Çində saxlanılıb.
Çin məhkəməsi Kovriq və Spavorla bağlı ittihamları dünən açıqlayıb. Hər iki şəxs Çinin əleyhinə məxfi məlumatlar toplamaqda günahlandırılıb. Bu ittiham üzrə Kanada vətəndaşlarını Çində ömürlük həbs cəzası gözləyir.
Çin XİN-in sözçüsü Zhao Lijian bəyan edib ki, Cinayət Məcəlləsinin 111 maddəsi casusuluq və dövlət sirlərinin qorunmasını özündə ehtiva edir: “Həqiqətlər ortalıqda, faktlar sağlam və yetərlidir”.
Kanada Baş naziri Castin Tüdor bəyan edib ki, Kanada vətəndaşlarının evlərinə qayıtması üçün fəaliyyətləri davam edir: “İki vətəndaşımızı ölkəyə qaytarmaq üçün hər şeyin edildiyinə əmin olmaq üçün müxtəlif rəsmi və xüsusi addımlar atdığımızı deyə bilərik”.