20 İyun 2020 15:08
3 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər demokratik yolla hərəkət etsəm, ölkəmiz itirəcək və məni lənətləyəcəklər. İndi məni ölkədəki vəziyyəti güc yolu ilə həll etməyə məcbur qoyurlar".

Teleqraf.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 19-da keçirilən iclasda deyib.

Onun çıxışı “Belarus 1” dövlət televiziya kanalı ilə nümayiş etdirilib.

Belarus lideri deyib: “Məni seçim qarşısında qoymaq lazım deyil. Əgər mən demokratik davransam, “ağ və tüklü olduğumu” göstərsəm, ölkəni tamamilə itirmək şansım var. O zaman mən ömürlük lənətlənəcəyəm. Belarusun məhv edilməsinə görə məni və hamımızı heç kim bağışlamaz. Məni sadəcə təhrik edirlər ki, Lukaşenko bu vəziyyətin həlli üçün hansısa güc yoluna əl atsın”.

Dövlət başçısı bütün həyatını müstəqil, suveren dövlətin qurulmasına həsr etdiyini, heç kimə bu ölkəni parçalamağa icazə verməyəcəyini vurğulayıb: “Nəyin bahasına olur-olsun, ölkənin qorunub saxlanmasına gedəcəyəm”.

Qeyd edək ki, bu il avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər