7 Oktyabr 2014 00:02
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD ilə YPG-nin Kobanidəki qarşıdurmaları artıq şəhərin küçələrində davam edir.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, şəhər mərkəzinə doğru irəliləyişini davam etdirən İŞİD üzvləri ilə Kobanini müdafiə edən YPG döyüşçləri arasında sənaye bölgəsi olaraq tanınan 48-ci küçədə ağır döyüşlər gedir. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralananlar var.

Kobani bölgəsinin Xarici Əlaqələr üzrə səlahiyyətlisi İbrahim Kürdo "Əl Cəzirə"yə açılamasında dünən səhər saat 03: 00-dən etibarən qarşıdurmaların daha da şiddətləndiyində söyləmişdi.

Kürdo səhər saatlarında "İŞİD heç bir irəliləyiş etməyib, müdafiə davam edir" demişdi.

Suriya İnsan Haqqları Təşkilatı isə YPG-nin bir qadın üzvünün İŞİD-ə arşı intihar hücumu təşkil etdiyini açılayıb. SİHT-in başçısı Rami Əbdürrəhman YPG üzvünün Kobaninin şərqindəki bir İŞİD səngərinə girib gülləsi bitənə qədər döyüşdüyn, ardından üzərindəki bombaları partlatdığını deyib. Əbdürrəhman hücumda neçə İŞİD üzvnün öldüyünə dair əllərində məlumat olmadığını ifadə edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər