Hindistanda arıçılıqla məşğul olan və Nature M.S. kimi tanınan 24 yaşlı gənc 60 min arını başında saxlayıb.
Teleqraf.com xəbər verir ki, Nature arıları 4 saat 10 dəqiqə başında saxlamaqla "Ginnesin rekordlar kitabı"na düşüb.
Nature deyir ki, 7 yaşından bəri dostlarını təəccübləndirmək üçün arıların başında və qollarında gəzməsinə imkan verib.
Nature arılarla yaxın dost olduğunu söyləyir. Arıların dəfələrlə onu sancdığını deyən arıçı bunun öz günahı ucbatından baş verdiyini də bildirib: “Atam arılarla hər zaman sakit və mehriban davranmağımı məsləhət görüb. Qorxduğum zaman dərindən nəfəs almağı və qorxuya təslim olmağımı məsləhət görüb".
Arılara olan marağı Natureni akademik sahədə araşdırma aparmağa vadar edib. O, hazırda Banqalor şəhərində bir universitetdə arıçılıq sahəsində magistr təhsili alır.