Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, söhbət zamanı tərəflər regional məsələlər ətrafında müzakirə aparıblar.
Nazirlər Liviyadakı son durum, turizmin inkişafı, koronavirus pandemiyası ilə mübarizə məsələləri barədə fikir mübadiləsi ediblər.