Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.
Teleqraf.com xəbər verir ki, “İşğala qarşı birlikdə” şüarı altında keçirilən “Qavrilov gecəsi”nin ildönümünə həsr olunub.
Mitinqə müxalif partiyaların liderləri və tərəfdarları ilə yanaşı eks-prezident Georgi Marqvelaşvili də qatılıb.
Aksiya ilə əlaqədar parlamentin yerləşdiyi Rustaveli prospektində hərəkət dayanıb. Əraziyə polis əməkdaşları cəlb edilib.