Türkiyənin Müdafiə naziri Hulusi Akar generallarla birlikdə Şırnak bölgəsinə səfəri çərçivəsində Namaz dağına gedib.
Teleqraf.com xəbər verir ki, Akarı Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandanı Ümit Dündar, Hava Qüvvələri Komandanı Həsən Küçükakyüz, Dəniz Qüvvələri Komandanı, admiral Adnan Özbal müşayiət edib.
Akar generallarla Cudi və Qabarın arasında qalan, terrorçularla mübarizədə strateji əhəmiyyətə malik Namaz dağına helikopterlə gəlib.
Nazir burada terrorçularla gərgin mübarizə aparan hərbçiləri uğurları münasibətilə təbrik edib.