21 İyun 2020 01:38
3 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya ordusu Misir Prezidenti Əbdülfəttah əs-Sisinin "Sirt və Cufra bizim qırmızı xəttimizdir" ifadələrinin Liviyanın daxili işlərinə müdaxilə və müharibə elanı olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Liviya ordusunun Sirt və Cufra Birgə Əməliyyatlar İdarəsinin sözçüsü general Əbdülhadi Dırah Sisinin açıqlamalarına sərt reaksiya verib.

"Qəhrəman qüvvələrimiz çıxdıqları yolu tamamlamağa və bütün qalan əraziləri terrorçu Haftar milislərindən, muzdlularından və dəstəkçilərindən xilas etməyə qərarlıdırlar", - deyə Dırah qeyd edib.

Qeyd edək ki, Sisi Misirin qərbində yerləşən Hərbi Hava Qüvvələri qoşunlarına müraciət edərək, "Misir ordusu lazım gələrsə, ölkə xaricində də hərbi missiya yerinə yetirə bilər” bəyanatını səsləndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər