Ermənistanda koronavirusa yoluxanların sayı 560 nəfər artaraq 20268-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.
Son sutkada 18 nəfər ölüb, beləliklə virusdan ölənlərin sayı 350-ə çatıb.
Qeyd edək ki, Ermənistanda iyulun 13-dək fövqəladə vəziyyət elan edilib.