21 İyun 2020 14:05
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada daşqınlara səbəb kanalizasiya xətlərinə yarpaqların düşməsi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə paytaxt merinin kommunal təsərrüfat xidmətləri və abadlıq məsələləri üzrə müavini Pyotr Biryukov danışıb.

O bildirib ki, güclü külək paytaxtda ağacları aşırıb və nəticədə yarpaqlar kanalizasiya xətlərinə düşərək yağış sularının axmasının qarşısını alıb. Bu hal lokal daşqınlara səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər