İranda son sutka ərzində daha 116 nəfər COVID-19-dan həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 9 623 nəfərə yüksəlib.
Ölkədə ötən gün ərzində daha 2 368 nəfərdə koronavirus aşkarlanıb. Nəticədə virusa yoluxanların sayı 204 952 nəfərə çatıb.