2 May 2014 15:22
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın “Petroqradskaya” metro stansiyası yaxınlığında yanğın baş verib.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, yolun birtərəfli hərəkət hissəsi bağlanıb.

Yanğının administrasiya binasında baş verdiyi bildirilir. İlkin ehtimallara görə, hadisə qısaqapanma nəticəsində baş verib.

Xilasedicilər binada olan insanları xilas etdikdən sonra, yanğını söndürməyə başlayıblar.

Ölən və yaralananların olmadığı bildirilir.

Ülviyyə


Müəllif: