7 Oktyabr 2014 01:25
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu Dəməşq ətrafında bir neçə yaşayış məntəqəsi üzərində nəzarəti geri qaytarıb. Trend TASS agentliyinə istinadən bildirir ki, bu barədə "Əl-Məyadin" telekanalı xəbər verir.

Əvvəllər "Ceyş əl-islam" qruplaşmasının döyüşçüləri tərəfindən saxlanılan Duxaniya və Zamalka yaşayış məntəqələri hökumət qoşunları tərəfindən azad ediliblər.

Ekstremistlərin Cubaredəki mövqelərinə irimiqyaslı hücum davam edir.

Məlumata görə, güc strukturları onlarla islamçını məhv edib, Duxaniyanı Ayn-Terma yaşayış məntəqəsi ilə birləşdirən yeraltı tunel şəbəkəsini ləğv ediblər. İstehkamçılar yaraqlılar tərəfindən quraşdırılmış əldəqayırma partlayıcı qurğularını və minaları zərərsizləşdiriliblər.


Müəllif:

Oxşar xəbərlər