22 İyun 2020 08:05
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalındakı "Pəncə-Pələng" əməliyyatının keçirildiyi ərazidə terrorçularla toqquşma zamanı türk əsgəri ölüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Pençe-Kaplan əməliyyatı bölgəsində PKK terrorçularıyla toqquşma nəticəsində yaralanan əsgərlərdən biri tibbi müdaxilələrə baxmayaraq ölüb.

Açıqlamada toqquşma zamanı iki terrorçunun silahları ilə birlikdə zərərsizləşdirildiyi də qeyd edilib.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terror ruplaşmasının 81 obyekti məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər