“Venesuela Prezidenti Nikolas Maduro mənimlə görüşmək istəyir, mən də buna etiraz etmirəm. Çox az görüş təklifini rədd etmişəm, bunu nəzərdən keçirə bilərəm”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp Venesuelada özünü dövlət başçısı elan edən, parlamentin spikeri Xuan Quaydo ilə əlaqəsinin olmadığını bildirib: “Onunla da olar, onsuz da olar, amma Venesuelada baş verənləri qəbul etmirəm”.
O, nə Maduronun, nə də Quaydonun onun üçün o qədər də böyük məna kəsb etmədiyini deyib. Amma Maduro ilə görüşəcəyini istisna etməyib.