22 İyun 2020 10:45
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada yüzlərlə insan bir araya gələrək, hökumətin COVİD-19 xəstəliyinə qarşı tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib.

Teleqraf.com xəbər verir ki, hadisə Hollandiyanın Lahey şəhərində baş verib.

Etirazçılar pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin onların azadlığına qarşı, sosial məsafə şərtlərinin isə yaşam prinsipIərinə zidd olduğunu iddia ediblər.

Polisin xəbərdarlığına baxmayaraq, aksiya davam edib. Bu səbəbdən xüsusi polis qüvvələri aksiyaya müdaxilə edərək, yüzlərlə insanı həbs edib.

Xatırladaq ki, Hollandiyanın səhiyyə naziri Huqo de Jonqe tərəfindən hazırlanan planda çox sayda məhdudiyyətlər nəzərdə tutulurdu. Amma bunun konstitusiyaya zidd olduğu əsas gətirilərək plan rədd edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər