MOSSAD-ın məşhur agenti Alberto Nismanın ölümünə səbəb olan hadisələr ilk dəfə açıqlanıb.
Teleqraf.com xatırladır ki, İsrail televiziyasının sənədli proqramında iddia edilib ki, argentinalı hakim Alberto Nisman Buenos-Ayresdə 85 nəfərin öldürüldüyü 1994-cü il terror hücumunun məsuliyyətinin İranın üzərində olduğunu İsrail məxfi xidməti MOSSAD-ın dəstəyi sayəsində sübuta yetirə bilib.
İsrailin “Kanal 12” televiziyasında yayımlanan “Uvda” (Gerçək) proqramında MOSSAD-ın agenti Uzi Şaya ilk dəfə danışaraq hakim Nismanın ölümünə səbəb ola biləcək iddiaları ortaya qoyub. Şaya hakim Nismanla dəfələrlə görüşdüyünü deyib. Argentina dövlət başçısı Kirchineri ittiham edən agent əlavə edib ki, Nismana çatdırdığı sənədlər onun ölümünə səbəb ola bilərdi.
Xatırladaq ki, argentinalı hakim Alberto Nisman AMİA Yəhudi Mərkəzinin partladan kamikadzenin “Hizbullah” üzvü olan terrorçu İbrahim Berro olduğunu müəyyən edib, 2006-cı ildə ittihamında hücumun təşkil edilməsi qərarının 1993-cü ildə İran liderliyində keçirilən “Xüsusi Əməliyyatlar Komitəsi”nin toplantsında verildiyini açıqlayıb.
Bir neçə ildən sonra hakim Nisman Argentina tarixində ən dəhşətli terror hücumu səbəbindən bəzi iranlıların həbsinə dair qərar çıxarıb və bu şəxslər beynəlxalq axtarışa verilib.
Bütün bunları etmək üçün hakim Nismana İsrail kəşfiyyatı lazım olan sübut və dəlilləri çatdırıb.
Nisman 2015-ci ilin yanvarında Argentina parlamentində dövrün ölkə başçısı Kirchinerin İranın terror hücumunda rolunu ört-basdır etməyə çalışması haqqında ifadə verməsindən bir gün sonra Buenos-Ayresdəki evində ölü tapılıb. Yaxın məsafədən başına vurulan bir güllə ilə ölən Nismanın ilk günlərdə “intihar” etdiyi iddia edilib, fəqət sonradan bunun cinayət hadisəsi olduğu və hakimin öldürüldüyü qəbul olunub.