22 İyun 2020 14:06
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Teodor Ruzveltin Nyu Yorkdakı abidəsinin sökülməsinə dair qərarı şərh edib.

Teleqraf.com xəbər verir ki, Donald Tramp Tvitterdə yazıb:

“Bu, gülüncdür, bunu etməyin”.

Qeyd edək ki, bundan əvvəl Amerika Təbiət Tarixi Muzeyi irqçiliyə qarşı etiraz aksiyaları fonunda muzeyin binasının girişində qoyulan Ruzveltin at üzərindəki abidəsini sökməyə qərar verib.

Nyu York şəhər meri Bill de Blazio muzeyin abidənin götürülməsini xahiş etdiyini bildirib. Çünki Ruzveltin yanındakı hindu və afrikalı “qul və irqi cəhətdən aşağıhüquqlu” kimi görünür.

Əlavə edək ki, ABŞ-ın 26-cı prezidentinin tunc abidəsi 1940-cı ildə qoyulub.


Müəllif: Səxavət