22 İyun 2020 22:11
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Dəniz Donanmasının Aralıq dənizində aktiv fəaliyyəti düşmənlərini hərəkətə keçirib.

Teleqraf.com xəbər verir ki, türk donanmasını Aralıq dənizində durdurmaq məqsədilə Yunanıstan, Fransa, İtaliya, Misir və İsrailin birgə addımı ideyası ortaya çıxıb.

Cənubi Kipr Respublikasının müdafiə naziri Savvas Angelids bildirib ki, Türkiyə və Liviyanın Aralıq dənizindəki fəaliyyətini diqqətlə izləyir və müşahidə edirlər. Avropa Birliyinin (AB) Şərqi Aralıq dənizində donanma yerləşdirməsini vacib sayan müdafiə naziri deyib ki, yalnız bu yolla Türkiyənin Aralıq dənizindəki fəaliyyətinin qarşısını kəsmək olar.

Yunanıstan, Fransa, İtaliya, Misir və İsraillə mütəmadi təmas halında olduqlarını bildirən Savvas Angelids əlavə edib ki, məqsədləri AB üzv ölkələrinin Şərqi Aralıq dənizindəki maraqlarının təmin edilməsidir.

Sonda nazir açıq deyib ki, Türkiyənin siyasətinin əngəllənməsi üçün AB dənizdə öz gücünü göstərməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər