İranda dolların məzənnəsinin rekord həddə - 20 min tümənə qalxması barədə məlumatlar yayılıb.
Teleqraf.com xəbər verir ki, bu rəqəm İran tarixində dolların məzənnəsinin ən yüksək həddi hesab edilir. Qeyri-rəsmi mənbələr dolların bu günə olan satış məzənnəsini 20030, rəsmi saytlar isə 19950 tümən göstərirlər.
Dünən İranın rəsmi pul vahidi rial da, birjalarda dolların kəskin bahalaşması nəticəsində ABŞ valyutası qarşısında ən aşağı həddə düşüb. Ötən gün həmçinin avro da rekord səviyyəyə qalxaraq, 22400 tümən olub. Qızıl sikkəsinin dəyəri isə 8 milyon 400 min tüməni keçib.