İraq ordusu Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Həvran bölgəsində antiterror əməliyyatlarına başlayıb.
Teleqraf.com xəbər verir ki, əməliyyatlar İŞİD terror təşkilatına qarşı keçirilib. Əməliyyatlar nəticəsində terror təşkilatının hərbi bazaları və mövqelərinin darmadağın edildiyi, hərbi texnika və silah-sursatlarının məhv edildiyi bildirilib. İŞİD-in “Katyuşa” raketi atmaq üçün istifadə etdiyi hərbi bazasının da ələ keçirildiyi qeyd olunub.