Dünyada yeni növ koronaviusa yoluxanların sayı 9 milyon nəfəri ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin hesabatında deyilir.
Məlumata əsasən, ən çox yoluxma halları ABŞ-da (2 289 168), Braziliyada (1 083 341), Rusiyada (591 465), Hindistanda (425 282) və Böyük Britaniyada (306 761) qeydə alınıb.
Qeyd edilir ki, hazırkı dövrədək dünyada koronavirusdan 469 122 nəfər vəfat edib.